QUBA OLİMPİA İDMAN KOMPLEKSİ

Quba Olimpiya Kompleksində yerləşən tikintilər aşağıda göstərilmişdir:

Ana hotel

Quba Olimpiya kompleksində yerləşən Ana hotel daxilində 78 qonaq otağı, iş görüşmələri və konfranslar üçün iclas zalları, rahatlıqla dincələ bilcəyiniz restoran və xoş günlərinizi qeyd edə biləcəyiniz banket zalı mövcuddur.

Sport hotel.

Ana hoteldən fərqli olaraq Sport hotel daha çox idman zalları ilə tanınır. Sport hotel daxilində 32 qonaq otağı ilə yanaşı müxtəlif idman zalları: bağlı yarış zalı, güləş, cüdo, taekvondo, kingboks, bilyard zalı və rəqs zalları yer alır. Bununla yanaşı görüşmələr təşkil edə biləcəyiniz iclas zalları və restoran da mövcuddur.

Meydança və geyinmə otaqları

Quba Olimpiya kompleksində adından da bəlli olduğu kimi müxtəlif idman növlərinə aid meydançalar və geyinmə-soyunma otaqları var. Mini futbol meydançası daxil olmaqla 3 fərqli futbol meydançası və hər birinə aid fərqli geyinmə-soyunma otaqları mövcuddur. Futbol meydançası böyük stadion və 6600 nəfərlik oturacaqdan ibarətdir.

Bundan əlavə, top oyunlarını rahatlıqla oynaya biləcəyiniz geniş tenis kortu, basketbol, voleybol meydançaları və müvafiq olaraq geyinmə-soyunma otaqları kompleksdə yer alır.

Uşaq əyləncə və şahmat binası.

Gələcəyimiz olan uşaqları da düşünmüş və Quba Olimpiya Mərkəzi daxilində uşaq əyləncə və şahmat binası da yer verilmişdir.

Şəxsi istirahətinə xüsusi önəm verən şəxslər üçün üzgüçülük və spa mərkəzi inşa edilmişdir. Üzgüçülük və Spa mərkəzi daxilində 50x25 metlik tam olimpik üzmə hovusu, masaj, sauna, buxar otağı, türk hamamı, cakuzi vanna otaqları yer alır.

Kompleks daxilində 7 apart villa, otel və 30 ailəlik kotejlər mövcuddur. İstirahətinizi gözəlləşdirmək üçün rastoran və kafe binası da xidmətinizdədir.